Banner

Bakıda İran vətəndaşı qəza törədib, 3 nəfər ölüb

Qəzalar 16 Mart 2022 11:49 Oxunub 1928
Bakıda İran vətəndaşı qəza törədib, 3 nəfər ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda İran vətəndaşı qəza törədib, 3 nəfər ölüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 15-də paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü, İran vətəndaşı Pormehrəli Hüseyn İsmiəli oğlunun idarə etdiyi "Hovo" markalı yük avtomobili ilə Əliyev Eynulla Xeyrulla oğlunun idarə etdiyi "QAZ A65R32-80” mikroavtobus markalı avtomobil toqquşub. Nəticədə mikroavtobusun sərnişinləri - 2001-ci il təvəllüdlü Qəribov Babaşah Ağaşah oğlu, 1984-cü il təvəllüdlü Zeynalov Qayıb Nizami oğlu və 1987-ci il təvəllüdlü Qaraşov Məhəmməd Zakir oğlu hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və təhqiqat şöbəsində istintaq aparılır.

“Report”

ŞƏRH YAZ
Ad

E-mail

Şərh