
Bakıda İran vətəndaşını avtomobil vurub
Qəzalar
14 May 2022 09:59
Oxunub 986

Bakıda İran vətəndaşını avtomobil vurub.
"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
1978-ci il təvəllüdlü Xosrovifar Daniyal Əli oğlu yolu keçərkən "Hyundai" markalı avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ