Bakıda içərisində sürücü olmayan avtobus BULVARA DÜŞDÜ - VİDEO - YENİLƏNİB

Qəzalar 7 Mart 2025 11:06 Oxunub 3904
Bakıda içərisində sürücü olmayan avtobus BULVARA DÜŞDÜ  - VİDEO  - YENİLƏNİB
Wha|

Bakıda marşrut avtobusunun maneəyə çırpılması texniki nasazlıq səbəbindən baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, martın 7-də Neftçilər prospektində qəzaya uğrayan "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus "Fidan" MMC-yə məxsusdur. İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb. Qeyd edək ki, 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək. Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir", - məlumatda qeyd olunub.

***

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində ölüm və xəsarət faktı qeydə alınmayıb. Avtobusda ümumiyyətlə sürücü də olmayıb. Mikayıl Useynov küçəsində park edilmiş avtobus qəfil hərəkətə gəlib, nəqliyyat vasitəsinin ötürmələr qutusu funksiyasını itirib və avtobus üzüaşağı "Azneft" dairəsi istiqamətində hərəkət edib.

Xoşbəxtlikdən həmin vaxt avtobus heç bir avtomobilə dəyməyib və yoldan çıxaraq səkinin üzərindən Bulvar ərazisinə düşüb.

***09:41

Bakının mərkəzində sərnişin avtobusu qəzaya uğrayıb.

Avtosfer.az xəbər verir ki, hadisə Bayraq meydanı yaxınlığında baş verib.

İlkin məlumata əsasən, qəza nəticəsində xəsarət alan olmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh