Bakıda içərisində sürücü olmayan avtobus BULVARA DÜŞDÜ - VİDEO - YENİLƏNİB

Bakıda marşrut avtobusunun maneəyə çırpılması texniki nasazlıq səbəbindən baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, martın 7-də Neftçilər prospektində qəzaya uğrayan "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus "Fidan" MMC-yə məxsusdur. İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
"Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb. Qeyd edək ki, 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək. Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir", - məlumatda qeyd olunub.
***
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində ölüm və xəsarət faktı qeydə alınmayıb. Avtobusda ümumiyyətlə sürücü də olmayıb. Mikayıl Useynov küçəsində park edilmiş avtobus qəfil hərəkətə gəlib, nəqliyyat vasitəsinin ötürmələr qutusu funksiyasını itirib və avtobus üzüaşağı "Azneft" dairəsi istiqamətində hərəkət edib.
Xoşbəxtlikdən həmin vaxt avtobus heç bir avtomobilə dəyməyib və yoldan çıxaraq səkinin üzərindən Bulvar ərazisinə düşüb.
***09:41
Bakının mərkəzində sərnişin avtobusu qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, hadisə Bayraq meydanı yaxınlığında baş verib.
İlkin məlumata əsasən, qəza nəticəsində xəsarət alan olmayıb.
Hacıqabulda qəzada sürücünün həyat yoldaşı ölüb
İsmayıllıda zəncirvari AVTOQƏZA: Xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Azərbaycanda AĞIR QƏZA - ÖLƏN VAR - YENİLƏNİB
Beyləqanda ağır yol-nəqliyyat hadisəsi: Ata və oğul qəzaya düşdü
Dəhşətli yol qəzası: Avtomobil iki yerə bölündü, ölənlər var - VİDEO
Faciəvi şəkildə ölən 33 yaşlı Rüfətin FOTOsu
Mərdəkanda dirəyə çırpılan “Mercedes” tanınmaz vəziyyətə düşdü - VİDEO
Xankəndi - Şuşa yolunda avtoqəza: ÖLƏN və yaralı var - YENİLƏNİB
Ucarda ağır qəza, 2 nəfər öldü, 2 nəfər yaralandı - FOTOLAR - YENİLƏNİB
Qaxda “Mercedes” aşdı; ölən və yaralananlar var - ADLAR - FOTO
Azərbaycanda ağır qəza - İki futbolçu öldü - FOTO - VİDEO - YENİLƏNİB










