Bakıda iki avtomobil toqquşub - VİDEO
Qəzalar
1 Oktyabr 2025 21:27
Oxunub 502

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Səməndər Ağayar oğlu Məmmədov idarə etdiyi 99-GJ-616 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə qarşıda hərəkətdə olan 50-CC-761 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Qəza nəticəsində ölən və xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
ŞƏRH YAZ














