Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - VİDEO - FOTO
Qəzalar
14 İyun 2021 10:24
Oxunub 1346

Bakıda Heydər Əliyev prospektində yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə prospektin Nizami rayonu ərazisinə düşən hissəsində qeydə alınıb. Belə ki, “Opel” markalı avtomobili idarə edən Rəhman Məmmədov qəfil əyləcdən istifadə edib. Bu zaman eyni istiqamətdə Nazir Mirzəyev “Toyoto” markalı avtomobildə sükana nəzarəti itirib və avtomobilə çırpılıb. Qəza nəticəsində “Opel”də olan sərnişin xəsarət alıb.


ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













