Bakıda iki nəfərin yaralanmasına səbəb olan sürücü qaçıb - FOTO

Bakı şəhəri, Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Aeroport yolunda, yolun Mərdəkan qəsəbəsi istiqamətində olan hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkət edib. Bu zaman “Mercedes”in sürücüsü idarəetməni itirərək qarşısında onunla eyni istiqamətə doğru hərəkət edən “VAZ 21015” markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ” markalı avtomobildə olan 70 yaşlı Gilas Əliyeva və 50 yaşlı Rübabə Orucova xəsarət alıb. Yaralılar hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Məlumata görə, “Mercedes”in sürücüsü ərazidən qaçıb. Buna baxmayaraq, Yol Patrul Xidmətinin (YPX) əməkdaşları sürücünün kimliyini müəyyənləşdirib. Onun axtarışına başlanılıb.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB














