Bakıda iki yük avtomobili toqquşub, xəsarət alan var - FOTO

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda "Ford" və "KamAz" markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq əməliyyat şəraitini qiymətləndirmiş, məlum olub ki, "Ford" markalı avtomobilinin sürücüsü xəsarət almış və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, xilasedicilər sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:16-da başa çatıb. milli.az apa-ya istinadən xəbər verir ki, "Ford"un ayağından xəsarət alan sürücüsü avtomobili dayandırmaq üçün onu arakəsməyə çırpıb.
Yol polisi əməkdaşları hadisə yerində araşdırma aparıblar. Məlum olub ki, qəzaya kartof daşıyan "Ford" markalı avtomobilin sürücüsü səbəb olub. Qeyd edək ki, qəzaya uğrayan "KamAZ" da mişar daşı ilə yüklü olub.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.


Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












