Bakıda "KamAZ" iki piyadanı vurdu, biri ölüb - FOTO

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib. Hadisə Xocahəsən yolunda qeydə alınıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, "KamAZ" markalı su maşını yolu keçmək istəyən iki piyadanı vurub. Ağır xəsarətlər alan piyadalar Elmixan Qədimov və Xanmusa İsmayılov hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.
52 yaşlı Xanmusa İsmayılov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralı Elmixan Qədimovun vəziyyətini həkimlər orta ağır kimi qiymətləndirir.
Hadisəni törətməkdə şübhəli bilinən sürücü polis tərəfindən saxlanılıb. "KamAZ" cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar cinayət məcəlləsinin 263.2 maddəsi ilə (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) cinayət işi başlanıb.
Qəzanın baş vermə səbəbləri təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra bəlli olacaq.


Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












