Bakıda “KamAZ”la “Mercedes” toqquşdu: 5 yaralı - FOTO

Bakıda ağır yol qəzası baş verib, 5 nəfər xəsarət alıb. APA-nn məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Gecə saatlarında Maştağa-Ramana yolunda yük və minik maşınları toqquşub. Sultanəli İsmayılov “Mercedes” markalı avtomobillə Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə onun idarə etdiyi avtomobil qarşıdan gələn “KamAZ” markalı yük maşını ilə toqquşub. Hadisə zamanı sürücü Sulmanəli İsmayılov və “Mercedes”dəki dörd sərnişin - Mirdaməd Seyidov, Taar İbrahimov, Rasim Əsgərov və Vasif Hüseynov xəsarət alıblar. Yaralılar hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.
Hadisə yerində polis əməkdaşları müayinələr aparıblar. Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal olunur. Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO















