Banner

Bakıda "KİA"nı qaçırıb qəza törətdilər

Qəzalar 17 Noyabr 2021 14:55 Oxunub 726
Bakıda "KİA"nı qaçırıb qəza törətdilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə noyabrın 16-da rayon ərazisindən Bakı şəhər sakini A.Həsənova məxsus “KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün yol kənarında dayanan 2 avtomobilə dəymiş vəziyyətdə tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh