Bakıda kişini öldürüb yolun kənarına atdılar

Bu gün Bakının Xəzər rayonu, Albalı yaşayış massivində (Buzovna qəsəbəsi) yol kənarında təxminən 30-35 yaşlarında kişi meyiti tapılıb.
Avtosfer.az report-a istinadən bildirir ki, həmin şəxsin sağ ayağının sındığı və sifət nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyənləşib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçırildiyi əməliyyat tədbirləri nəticəsində onun şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, ölən şəxs Şağan qəsəbə sakini, 1977-ci il təvəllüdlü Ruslan Əzimovdur.
Onun Mərdəkan-Buzovna şossesi, "Qala" marketin qarşısında avtomobillə vurularaq öldürüldüyü ehtimal edilir.
Faktla CM-nin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












