Bakıda "Land Crusier" avtobusa ÇIRPILDI - "BakuBus" sürücüsü xəsarət aldı - VİDEO

Bakı şəhəri, Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

O bildirib ki, yolun qarlı və sürüşkən olması səbəbindən avtobus yol kənarındakı dəmir maneəyə çırpılıb və çuxura düşüb:
"Bu gün, saat 08:10-da "BakuBus" MMC-nin istismarında olan 108A nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus Binəqədi rayonu ərazisində qəzaya uğrayıb.
İlkin araşdırmaya əsasən, yolların qarlı və sürüşkən olması səbəbindən avtobus yol kənarındakı dəmir maneəyə çırpılıb və çuxura düşüb.
Hadisədən sonra nəqliyyat vasitəsini idarə edən sürücü - Alı Hüseynov nəqliyyat vasitəsinə baxış keçirdiyi zaman, digər avtomobil tərəfindən vurulub. Nəticədə sürücü ayaq nahiyəsindən xəsarət alıb.
Hadisə ilə bağlı dərhal Təcili Tibbi Yardıma və hüquq-mühafizə orqanlarına məlumat verilib. Sürücünün vəziyyəti qənaətbəxşdir.
"BakuBus" MMC olaraq sərnişinlərimizin və sürücülərimizin təhlükəsizliyinin təmin olunması üçün qarlı hava şəraitində bütün zəruri texniki və operativ tədbirləri görməkdə davam edirik. Qarlı və buzlu yollar səbəbindən hər kəsi daha diqqətli və ehtiyatlı olmağa çağırırıq".
**
Bakı şəhəri, Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a xəbər verir ki, bu barədə görüntülər sosial mediada paylaşılıb.
Görüntülərdə avtomobil ilə "BakuBus"a məxsus 108A nömrəli marşrut avtobusunun toqquşması əks olunub.
Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli bildirib ki, qəza nəticəsində bir nəfər xəsarət alıb:
"Yanvarın 21-i saat 09:20-də 99-VN-004 dövlət nömrə nişanlı "Land Crusier" markalı avtomobil ilə 99-JU-924 dövlət nömrə nişanlı "BakuBus"a məxsus avtobus toqquşub. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır".
Görüntü təqdim edirik:
Kürdəxanıda “Renault” və “Khazar” toqquşaraq yararsız hala düşdü - VİDEO
Kürdəmirdə ağır qəza: "Audi" dörd piyadanı vurdu - FOTO
Gəncədə “07” "Hyundai"la toqquşdu – 3 nəfər xəsarət aldı – ANBAAN VİDEO
Yandan əsən külək avtomobili belə aşırdı – REAL VİDEO
Motosikleti səkiyə vuran 18 yaşlı sürücü öldü - FOTO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçan SÜRÜCÜ TAPILDI - VİDEO
Lənkəranda zəncirvari qəza - Xəsarət alanlar var - FOTOLAR
Lüks avtomobil məktəbli avtobusunun altına girdi – Sürücü yüngül yaralandı - VİDEO
Beyləqanda “Prado”ya çırpılan “VAZ” tanınmaz hala düşdü - VİDEO
Sumqayıtda zəncirvari qəza - Üç avtomobil toqquşdu - VİDEO
"Neftçi" futbol klubunun məşqçisinin maşınını vurub qaçdılar - 90-KC-160 - FOTO









