Bakıda "London taksisi" qəza törədib - VİDEO

Bakıda "London taksisi" işıqforun sarı işığında keçərək qəza törədib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, sürücü Ruslan Qarayev idarə etdiyi "London taksisi" ilə Abbasqulu Ağa Bakıxanov küçəsi ilə hərəkət edən zaman işıqforun sarı işığına məhəl qoymayaraq yolu keçib və Azadlıq prospekti ilə hərəkətdə olan "Azsamand" markalı avtomobil ilə toqquşub. R. Qarayev "Report"a müsahibəsində bildirib ki, zərbə o qədər güclü olub ki, "Azsamand" işıqfora, "London taksisi" isə yol nişanına və ağaca çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobil deformasiyaya uğrayıb.
Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobillər cərimə meydançasına aparılıb.
Qeyd edək ki, 5 gün bundan əvvəl də həmin ünvanda 3 avtomobilin toqquşması nəticəsində digər işıqfor sıradan çıxıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












