Banner

Bakıda manevr qaydalarını pozan sürücü QƏZA TÖRƏTDİ - VİDEO

Qəzalar 24 Oktyabr 2025 12:11 Oxunub 312
Bakıda manevr qaydalarını pozan sürücü QƏZA TÖRƏTDİ  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Füzuli küçəsində qeydə alınıb.

"Leapmotor T03" markalı, 77-YU-582 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi bordürə çırpılaraq səkiyə çıxıb.
 
Şahidlərin sözlərinə görə, qəzanın baş verməsinə "Leapmotor T03" markalı avtomobilin manevr qaydalarını pozaraq "Toyota Prius" markalı, 99-YX-326 dövlət nömrə nişanlı avtomobilin qarşısına çıxması göstərilir.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh