Bakıda marşrut avtobusu ağır qəzaya düşdü - Ölənlər var - VİDEO - YENİLƏNİB

Bu gün Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Avtosfer.az Milli.az-a istinadən xəbər verir ki, Qaradağ rayonun ərazisində sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşrut avtobusu qəza törədib.
Bildirilib ki, hadisə Bakı-Qazax magstralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza edib.
İlkin məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən iki nəfər ölüb. Bir neçə nəfər isə xəsrət alıb.
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.
İki yük maşını toqquşdu; partlayış baş verib, ölən var - VİDEO
Naxçıvanda iki avtomobil toqquşdu - “Niva” aşdı - FOTO
Təhlükəli manevr edərək qəza törədən "Prius" sürücüsü cəzalandırıldı - VİDEO
Tikinti kranı qatarın üzərinə düşdü - 29 ölü - FOTO - YENİLƏNİB
Naxçıvanda yolun buz bağlaması qəzaya səbəb oldu - VİDEO
Türkiyəyə müalicəyə aparılan azərbaycanlı gənc öldü - FOTO
Tovuzda yük avtomobilləri toqquşdu - VİDEO - YENİLƏNİB
Xaçmazda 3 avtomobil toqquşdu - FOTO - YENİLƏNİB
Yüksək sürət 21 yaşlı gənci öldürdü – 19 yaşlı sürücü ağır qəza törətdi - FOTO - VİDEO
Gürcüstanda qəzada yaralanan azərbaycanlı qız öldü - FOTO
Zaqatalada avtomobil aşdı - Ölən və yaralanan var











