Bakıda marşrut avtobusu qəzaya düşüb

Bakıda marşrut avtobusu qəzaya düşüb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün Biləcəri qəsəbəsində qeydə alınıb. Yük maşınının qoşqusuna yığılmış taxta 91 saylı xətt üzrə hərəkətdə olan avtobusun üzərinə aşıb. Qəza nəticəsində xəsarət alan olmayıb. 91 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma şirkətinin nümayəndəsi Taleh Gülməmmədov APA-ya bildirib ki, qəzaya yük maşınının qoşqusundakı taxtanın marşrut avtobusunun üzərinə aşması səbəb olub: “Hadisə baş verən ərazidə məktəb və piyada keçidi var. Piyada keçidində avtobus sürətini azaldıb. Bu vaxt avtobusun sol tərəfi ilə hərəkət edən qoşqulu yük maşınına yığılmış taxta avtobusun üzərinə aşıb. Avtobus da yol kənarında duran minik avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”.
Qeyd edək ki, sosial şəbəkələrdə qəza anının video-görüntüsü də yayılıb.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












