
Bakıda marşrut avtobusu zəncirvari qəza törətdi - FOTO
Qəzalar
7 Aprel 2025 16:18
Oxunub 780

Bu gün saat 15 radələrində paytaxtın Nərimanov rayonunda zəncirvari yol qəzası baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ziya Bünyadov prospektinin Ayna Sultanova heykəli yaxınlığından keçən hissəsində 67 saylı marşrut avtobusu bir neçə minik avtomobili ilə toqquşub. Nəticədə 4 avtomobilə zərər dəyib.
Hadisə yerinə polis əməkdaşları gəliblər.
Qəzanın səbəbi araşdırılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR