Bakıda maşın işıq dirəyinə çırpıldı, yol bağlandı - FOTO + VİDEO

Bu gün Bakının Xətai rayonunda Nobel prospekti Zığ yolu adlanan ərazidə yol qəzası baş verib. Avtosfer.az salamnews-a istinadən xəbər verir ki, 90-UD-088 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobil hərəkətdə olarkən sürücü qəfil idarəetməni itirib və avtomobil yolun ortasındakı işıq dirəyinə çırpılıb. Daha sora əks istiqamətə keçərək şəhər istiqamətində hərəkət edən 90-NV-689 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə toqquşub. Bu yoldan da çıxan avtomobil səkiyə çırpılaraq dayanıb. Hadisə nəticəsində yolun ortasına aşmış işıq dirəyi digər avtomobillərin hərəkətinə maneə törədib. Qeyd edək ki, "Hyundai" markalı avtomobilin qadın sürücüsü kiçik xəsarətlər aldıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. "Toyota"nın sürücüsü isə xəsarət almayıb. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.



Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












