Bakıda minik avtomobili avtobusa çırpıldı: iki nəfər ölüb - FOTO

Bu gün saat 08:30 radələrində Heydər Əliyev prospekti - hava limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) yol-nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Avtosfer.az-a verilən məlumata görə, hava limanı istiqamətində hərəkət edən "Daewoo" və "Volkswagen Passat" markalı iki minik avtomobili toqquşub. "Zərbənin təsirində avtomobillər "VAZ 2107" markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də sərnişinlərdən heç biri xəsarət almayıb. Lakin "Daewoo" markalı avtomobildə olan sürücü və sərnişin ölüb. Hadisənin hansı səbəbdən baş verməsi hazırda davam edən istintaq araşdırmasından sonra məlum olacaq", - deyə məlumatda bildirilir.
Emin
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO


















