Bakıda “Niva” sürücüsü zəncirvari qəza törətdi; hadisə kameraya düşdü - VİDEO

Paytaxtın Müzəffər Nərimanov küçəsində baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza bir müddət əvvəl, səhər saatlarında qeydə alınıb. Kadrlardan göründüyü kimi, görüntünü qeydə alan avtomobil qırıq xətdən geriyə dönmək üçün dayanır. Bu zaman arxadan gələn 90-OD-482 dövlət nömrə nişanlı “Niva” markalı avtomobilin sürücüsü ona əhəmiyyət vermədən hərəkətini davam etdirir və nəticədə toqquşma baş verir.
Zərbənin təsirindən vurulan avtomobil qarşı istiqamətdə hərəkətdə olan 27-EB-034 dövlət nömrə nişanlı “Hyundai” markalı nəqliyyat vasitəsinə, o isə öz növbəsində öndəki yük maşınına çırpılır.
Hadisə zamanı xəsarət alan olmasa da, hər dörd avtomobilə maddi ziyan dəyib.
Nərmin
Binəqədidə qayda pozan "Prius" sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Qətlə yetirilən əsgərin anası qəzada öldü - FOTO
Şamaxıda maşın dərəyə düşdü - VİDEO
Diqqətsiz sürücünün törətdiyi qəza kameraya düşdü - DİN görüntüləri yaydı - VİDEO
Tovuzda sərnişin avtobusu avtomobillə toqquşdu - FOTO - YENİLƏNİB
Müsavat funksionerinin 26 yaşlı oğlu qəzada həlak oldu - FOTO
Sərxoş sürücü qəza törətdi - FOTOLAR
Oğuzda yük və minik avtomobilləri toqquşdu - YENİLƏNİB
Məşhur müğənninin həyatına son qoyan təyyarə qəzasının VİDEOsu
İzmir-İstanbul avtomagistralında zəncirvari qəza: ölən var
“BakuBus”a məxsus sərnişin avtobusu qəzaya düşüb - VİDEO











