Bakıda ölən ərəblərin meyitləri ölkələrinə təhvil veriləcək

Bakıda yol-nəqliyyat hadisəsində ölən ərəblərlə bağlı yeni faktlar açıqlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə İordaniya səfirliyindən apa-ya verilən məlumata görə, qəzada ölən kişi Birləşmiş Ərəb Əmirliklərinin, qadın isə İordaniyanın vətəndaşı olub. Onlar ər-arvad olmayıblar. Hər iki şəxs turist kimi Azərbaycana gəlib və burada tanış olublar. Yol-nəqliyyat hadisəsi də onlar gəzməyə gedərkən baş verib. Səfirlikdən həmçinin bildirilib ki, hazırda ölən şəxslərin meyitlərinin ölkələrinə göndərilməsi üçün müvafiq sənədləşmə işləri həyata keçirilir.
Qeyd edək ki, məlum hadisə noyabrın 5-də Qaradağ rayonunun Ələt qəsəbəsində qeydə alınıb. Şirvan şəhər sakini Rasim Abıyevin idarə etdiyi "Mercedes" və Sumqayıt şəhər sakini Elçin Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədovun sərnişinlərindən - Suhail Saeed Almeqbaali və Lamees Ziyad Mahmoud Jbareh hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə R.Abıyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












