Bakıda "ölüm yolu": Yada düşməyən nişanlar sürücüləri qəzaya salır - VİDEO
Qəzalar
28 Avqust 2024 18:00
Oxunub 4878
Bakıda qəzaya düşən sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə olimipiya stadionunun Böyükşor gölü ilə üzbəüz olan hissəsində baş verib.
Belə ki, sürücü günün qaranlıq saatlarında sözügedən yolda hərəkət edən zaman ayırıcı zolağa çırpılıb. Videogörüntüdən də aydın şəkildə görünür ki, ayırıcı zolağın üzərində nə işıqqaytarıcı elementi olan işarələr var, nə də ki, maneəni sağdan və soldan keçməni bildirən məcburi hərəkət istiqaməti nişanı. Bu səbəbdən də sürücü ayırıcı zolağa çırpılaraq qəzaya düşüb.
Oxucuların Avtosfer.az-a verdiyi məlumata görə, yolun bu hissəsində nişanlar olmadığı üçün axşam saatlarında tez-tez qəzalar baş verir.
Sözügedən videonu təqdim edirik:
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR