Bakıda özünü 19-cu mərtəbədən atan qadının kimliyi bilindi - FOTO

Dekabrın 10-da axşam saatlarında Bakı şəhərinin Sabunçu rayonunda, Bakıxanov qəsəbəsindəki "Uğur 2" yaşayış kompleksinin 19-cu mərtəbəsindən özünü atan qadının kimliyi müəyyənləşib. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində intihar edən şəxsin Sabunçu qəsəbəsinin sakini, 1953-cü il təvəllüdlü Belova Nadejda Nikolayevna olması bəlli olub. Bildirilir ki, N.Belova həmin binada yaşamayıb. O, axşam saatlarında binaya daxil olaraq liftlə 19-cu mərtəbəyə qalxıb və burada dəhlizin pəncərəsindən özünü atıb. O, həyətdəki "KİA" markalı avtomobilin üstünə düşüb və yerindəcə keçinib. 19-cu mərtəbədən Nadejda Belovanın paltosu və ayaqqabıları tapılıb.
Qadının binaya gəlişi kompleksin kameralarına düşüb. Kamera görüntüsündən məlum olur ki, orta yaşlı qadın binanın blokuna daxil olarak liftə minir və 19-cu mərtəbəyə qalxır. Orada ayaqqabılarını və paltosunu soyunaraq özünü atır.
O, həyətda dayanmış KİA markalı avtomobilin üstünə düşüb. Maşının damını yararaq yük yerininə düşüb. Qadının meyitini yük yerindən hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xüsusi avadanlılarla çıxarıblar.
Araşdırmalar davam etdirilir.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ













