Bakıda “Prius” sürücüsü məlumat lövhəsini uçurub “Mercedes”i vurdu - REAL VİDEO

Qəzalar 8 İyul 2024 15:30 Oxunub 4652
Bakıda “Prius” sürücüsü məlumat lövhəsini uçurub “Mercedes”i vurdu  - REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın “8 Noyabr” prospektində baş vermiş qəza anbaan kameraya düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza törədir. Belə ki, sürücü öncə təmir işləriylə bağlı yerləşdirilmiş məlumat lövhəsinə çırpılaraq onu yararsız hala salır. Daha sonra isə yol kənarında park edilmiş “Mercedes” markalı maşınla toqquşur. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə maddi ziyan dəyib. 

Qeyd edək ki, yolda hər hansı işlər  aparılarkən “yol işləri” nişanından istifadə olunmalıdır. Lakin əksər küçələrdə təmirlə əlaqədar nişan əvəzinə məlumatverici lövhələr yerləşdirilir. Nəticədə bəzi məqamlarda sürücülər həmin lövhəni görmürlər və görüntüdəki kimi qəza yaranır.  

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh