Bakıda "Prius" sürücüsü yolu kəsən sürücünü belə cəzalandırdı - VİDEO
Qəzalar 23 Yanvar 2023 10:00 Oxunub 33052
Bakıda "Prius" sürücüsü yolu kəsən sürücünü belə cəzalandırdı - VİDEO

Bakıda "Toyota Prius" markalı avtomobilin sürücüsünün etdiyi hərəkət nəzarət kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, "Prius"un sürücüsü yolun kənarında dayanmış "Hyundai Sonata" markalı avtomobilin ön hissəsinə bir neçə dəfə vuraraq əzib. Buna səbəb isə "Hyundai" markalı avtomobilin sürücüsünün yolu kəsməsi olub. Videodan da göründüyü kimi "Prius" markalı avtomobilin sürücüsü ikinci cərgədə park edilmiş "Hyundai"a görə oradan çıxa bilməyib. Çarəsiz vəziyyətdə qalan sürücü səkiyə çıxaraq parklanma yerini tərk edib, daha sonra acığını çıxmaq məqsədilə düzgün yerdə park edilməmiş avtomobili əzib.


Könül

ŞƏRH YAZ
Ad

E-mail

Şərh