Bakıda "Prius" sürücüsünün səhvi ağır qəzaya səbəb oldu - VİDEO

Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüsü yaxınlıqdakı nəzərət kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 14-də, paytaxtın Qala-Pirallahı-Zirə yolunda baş verib. Belə ki, yüksək sürətlə hərəkət edən "Toyota Prado" markalı avtomobilin sürücüsü geriyə hərəkət edən "Toyota Prius" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.
Çox təəssüf ki, geriyə hərəkət manevri ilə bağlı əksər sürücülər qaydaları kobud şəkildə pozurlar. Bir daha qeyd etmək istərdik ki, geriyə hərəkət manevri ən qısa məsafədə həyata keçirilməlidir. Məsələn, parklanma edən zaman və parklanma yerlərindən çıxan zaman. Digər hallarda xeyli məsafədə geriyə hərəkət etmək qadağandır və hərəkət iştirakçıları üçün təhlükədir.
Fərid
Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər - VİDEO - YENİLƏNİB
Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı - VİDEO
Füzulidə baş verən qəzada ölən məktəblilər dəfn edildi - FOTO
Biləcəri yolunda qəza: Avtomobillərdən biri ağaclara çırpılıb - VİDEO
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO












