Banner

Bakıda "protiv" çıxan "Ford" avtomobili vurdu: sürücü hadisə yerində öldü - ANBAAN VİDEO

Qəzalar 16 Mart 2023 12:09 Oxunub 1550
Bakıda "protiv" çıxan "Ford" avtomobili vurdu:  sürücü hadisə yerində öldü - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əks zolağa çıxmaq istədi, qarşı tərəfdən gələn avtomobillə toqquşdu. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən hadisə bugün, səhər saatlarında Kürdəxanı-Məhəmmədli yolunda qeydə alınıb. Həvəskar kamerasına düşən görüntülərdən aydın olduğu kimi, yol boyunca irəliləyən minik maşını qarşı tərəfdən yüksək sürətlə gələn “Ford” markalı avtomobilin hədəfindən yan keçə bilməyib.

Anlıq idarəetməni itirən “Ford” ona əks istiqamətdə gələn avtomobilin zolağına keçərək yolu dönmək istəyib. Nəticədə maşınla üz-üzə gələn “Ford”markalı avtomobil onu yolun sağ küncünə tullayıb. 


Qeyd edək ki, tamamilə yararsız vəziyyətə düşən avtomobilin sahibi hadisə yerində keçinib. “Ford” markalı minik vasitəsinin isə ön hissəsi tamamilə sıradan çıxıb, sürücü yüngül xəsarətlər alıb. Faktla bağlı araşdırma aparılır. 

Nərmin Əkbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh