Bakıda qadın jurnalist idarə etdiyi avtomobil ilə həkimi vurub - FOTO

Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Xasməmmədova Elvina Vidadi qızı Buzovna qəsəbəsinin Naxçivanski küçəsində idarə etdiyi "Hummer" markalı avtomobillə yolu keçmək istəyən 49 yaşlı Məmmədzadə Gülnarə Siyavuş qızını vurub. Zərbənin təsirindən G. Məmmədzadə ağır xəsarətlər alıb. O, sürücünün çağırdığı “təcili tibbi yardım” avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirib. Hadisə yerində olan polis əməkdaşları sürücünün ifadəsini alıblar. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar araşdırmalar aparılır. Hadisəni törədən sürücü E.Xasməmmədova "Azərbaycan qadını" jurnalının əməkdaşıdır. Yaralı piyada G.Məmmədzadə isə özəl klinikaların birində həkim işləyir.
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO













