Bakıda qəza: Avtobus 3 maşını əzib SOCAR-ın binasına çırpıldı - VİDEO - YENİLƏNİB

Paytaxtın Nizami rayonunun Bəkir Çobanzadə küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, avqustun 26-da saat 11:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nizami rayonu ərazisindən yol-nəqliyyat hadisəsi səbəbi ilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən iki nəfər (kişi) kürəyin travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir./oxu.az
***11:18
Nizami rayonu Bəkir Çobanzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, "Bus Trans" MMC-yə məxsus 51 nömrəli marşrut avtobusu idarəetmədən çıxaraq 3 minik avtomobiliə toqquşub. Daha sonra avtobus SOCAR-ın Təlim və Tədris Mərkəzinin hasarına çırpılıb.
İlkin məlumata görə, avtobus sürücüsü işıqforda dönmə əməliyyatını düzgün icra etməyib və digər nəqliyyat vasitələrinə çırpılıb. Hadisə zamanı avtobusda sərnişin olmayıb, toqquşan avtomobillərin sürücüləri xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Əldə etdiyimiz məlumata görə, “Daewoo” markalı 51 nömrəli avtobus “KIA”, “Toyota” və “Changan” markalı avtomobillərlə toqquşub.
Eltac
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
Sumqayıtda DƏHŞƏTLİ QƏZA - Sabah toyu olacaqdı...
Salyanda AĞIR QƏZA: Ölən var - YENİLƏNİB - VİDEO
Çiyninə "kalonka" qoyub musiqiyə qulaq asan azyaşlı velosipedçi qəzada öldü - VİDEO












