Bakıda qəza: sürücünün ayaqları "KamAZ"ın təkərləri arasında qaldı - FOTO

Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. Avtosfer.az musavat.com-a istinadən bildirir ki, hadisə Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb.
"KamAZ" markalı yük avtomobili hərəkətdə olarkən taksi fəaliyyəti ilə məşğul olan "Renault" markalı minik maşını ona çırpılıb.
"KamAZ"ın sürücüsü maşını yolun ortasında saxlayıb və nə baş verdiyini aydınlaşdırmaq üçün avtomobildən düşüb. O, idarə etdiyi avtomobilin arxa hissəsinə keçərkən yüksək sürətlə hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və maşın "KamAz"a arxadan çırpılıb. İlk zərbə isə sürücüyə dəyib və onun ayaqları yük maşınının təkərlərinin arasına girib. Nəticədə sürücü ayaqlarından ağır xəsarətlər alıb. O, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırmalara başlanılıb. İdarənin istintaq və təhqiqat bölməsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar.
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO

















