Banner

Bakıda qəza tıxaca səbəb oldu - VİDEO

Qəzalar 14 Dekabr 2020 17:13 Oxunub 1406
Bakıda qəza tıxaca səbəb oldu   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Günorta saatlarında Heydər Əliyev prospektidə iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, qəza yolun şəhər istiqamətindəki hissəsində qeydə alınıb. 

Belə ki, eyni istiqamətdə hərəkətdə olan “Ford” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Zərbənin gücündən “Mercedes” dəmir arakəsmələrə çırpılıb. Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir. Lakin nəqliyyat vasitələri deformasiyaya uğrayıb. 

Qəza səbəbindən yolun həmin hissəsində avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh