Bakıda qəza törədən xanım sürücü hadisə yerindən qaçmağa çalışdı - VİDEO
Qəzalar 16 May 2021 11:05 Oxunub 1684
Bakıda qəza törədən xanım sürücü hadisə yerindən qaçmağa çalışdı - VİDEO

Bakıda qəza törədən xanım sürücü hadisə yerindən yayınmağa cəhd göstərib. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntü yayılıb. Belə ki, paytaxtın Neftçilər prospekti ilə hərəkət edən 99-ZN-170 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü svetoforda dayanan "Saipa" markalı avtomobili arxa tərəfdən vuraraq hadisə yerindən qaçmağa cəhd edib. Xanım sürücü qarşıdakı avtomobilin geriyə hərəkət edib qəza törətdiyini bildirərək bəhanələr gətirməyə başlayıb. Zərərçəkmiş sürücü isə onun qarşısını kəsərək qaçmasına mane olub və bu barədə 102 xidmətinə məlumat verib.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh