“Prius” “Niva”ya çırpıldı – 2 YARALI - FOTO - VİDEO
Qəzalar
2 İyun 2022 10:29
Oxunub 6798

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Əsas yolda hərəkət edən “Toyota” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək köməkçi yoldan çıxan “Niva”ya çırpılıb. “Niva” zərbənin təsirindən işıq dirəyinə çırpılıb.
“Niva”nın sürücüsü və azyaşlı sərnişini ağır xəsarət alaraq 3 nömrəli xəstəxanaya yerləşdirilib. Avtomobillərə ciddi ziyan dəyib.
Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Apa
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













