Banner

Bakıda qəza zamanı Ukrayna vətəndaşı ağır xəsarət alıb - FOTO - VİDEO

Qəzalar 22 İyun 2022 11:29 Oxunub 984
Bakıda qəza zamanı Ukrayna vətəndaşı ağır xəsarət alıb - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, hadisə Vaqif prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsinin kəsişməsində baş verib.

Ukrayna vətəndaşı, 1991-ci il təvəllüdlü Dovqan Konstantin Vladromoviç idarə etdiyi mopedlə eyni istiqamətdə hərəkətdə olduğu “Toyota” markalı avtomobilə çırpılıb. Mopedin sürücüsü ağır bədən xəsarətləri alaraq 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Minik avtomobilinin sürücüsü Vahid Mərdənov APA-ya bildirib ki, moped onun sağ tərəfində eyni istiqamətdə hərəkət edən zaman qəfil sola manevr edərək maşına çırpılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində təhqiqat araşdırmaları aparılır.

Bakıda qəza zamanı Ukrayna vətəndaşı ağır xəsarət alıb  - FOTO  - VİDEO Bakıda qəza zamanı Ukrayna vətəndaşı ağır xəsarət alıb  - FOTO  - VİDEO Bakıda qəza zamanı Ukrayna vətəndaşı ağır xəsarət alıb  - FOTO  - VİDEO

ŞƏRH YAZ
Ad

E-mail

Şərh