Bakıda qırmızı işıqda yolu keçən avtomobil zəncirvari qəzaya səbəb olub - FOTO - VİDEO
Qəzalar
9 İyun 2021 10:09
Oxunub 1748

Bakının Nəsimi rayonunda 4 avtomobil toqquşub.
APA xəbər verir ki, hadisə Cavadxan küçəsində baş verib.
Qəzaya uğrayan "Hyundai" markalı avtomobilin sürücüsü Məzahir Əliyevin verdiyi məlumata görə, "Opel" markalı nəqliyyat vasitəsi işıqforun qırmızı işığından keçib. "Opel" işıqforun yaşıl işığından keçən "Kia", "Hyundai" və eyni markalı nəqliyyat vasitələrinə çırpılıb. Hadisə yerinə polislər cəlb olunub.







ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













