Bakıda qorxunc QƏZA: Məhəccər uşağın üzərinə aşdı - VİDEO
Qəzalar
1 Yanvar 2026 13:53
Oxunub 636

Bakının Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olan uşağın üzərinə məhəccər aşıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində uşaq ağır xəsarət alaraq yıxılıb və huşsuz vəziyyətdə qalıb.
Hadisə yerindən keçən, mülki geyimdə xidmət aparan polis əməkdaşları vəziyyətin son dərəcə ağır olduğunu anlayaraq dərhal müdaxilə ediblər.
Polis əməkdaşları tərəfindən azyaşlı xidməti avtomobillə təcili xəstəxanaya çatdırılıb. Dərhal cərrahi əməliyyat edilən uşağın həyatını xilas etmək mümkün olub.
Hazırda azyaşlının vəziyyəti həkim nəzarəti altındadır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













