Bakıda “Range-Rover”in sərxoş sürücüsü 4 nəfəri öldürdü - FOTO - VİDEO
Qəzalar
14 İyun 2021 05:54
Oxunub 5080

Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib.
“Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı nəqliyyat vasitəsilə piyadanı vuraraq öldürüb.
Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.
Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur. Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Ağayevin kürəkənidir./apa
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR

















