Bakıda sərnişin avtobusu ağır qəza törətdi: ölən var - YENİLƏNİB

Bakıda sərnişin avtobusunun iştirakı ilə baş vermiş ağır qəzada ölən şəxsin kimliyi məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə Yasamal rayon Polis İdarəsindən lent.az-a bildirilib ki, Dairəvi yolda "Mercedes" markalı minik avtomobilinin 211 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı marşrut avtobusuna çırpılması nəticəsində vəfat edən sürücü 41 yaşlı Natiq Eminov olub.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
*****
10:05
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, məlumatına görə, Yasamal rayonu ərazisində, Dairəvi yolda "Mercedes" markalı minik avtomobili "Daewoo" markalı, 10 TG 280 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə minik avtomobilinin 41 yaşlı sürücüsü ağır xəsarətlər alıb və hadisədən 2 saat sonra xəstəxanada vəfat edib.
Bildirilir ki, qəzaya avtobusun hərəkət sürətini qəfil azaltması və sürətlə hərəkət edən minik avtomobilinin arxadan olan çırpılması səbəb olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












