Bakıda sərnişin avtobusu QƏZAYA DÜŞDÜ - VİDEO - YENİLƏNİB

Bu gün saat 09:35-də "BakuBus" MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusla toqquşub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Baku Bus" MMC-dən bildirilib.
Açıqlamada qeyd olunub ki, avtobus Tbilisi prospekti istiqamətində, "Nizami" metro stansiyası istiqamətində hərəkətdə olarkən qarşısına digər nəqliyyat vasitəsi qəfil çıxıb:
"Sürücü mümkün qəzanın qarşısını almaq məqsədilə kəskin əyləcdən istifadə edib. Hadisə nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb. Sərnişinlər digər 2 nömrəli marşrut avtobusuna yönləndirilib və xətt üzrə hərəkət qısa müddət ərzində bərpa olunub.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib".
***10:06
Bakıda sərnişin avtobusu qəzaya düşüb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonundakı "İzmir dairəsi" adlanan ərazidə qeydə alınıb.
Belə ki, 2 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq səkiyə çırpılıb.
Hadisə nəticəsində avtobusdakı sərnişinlər nəqliyyat vasitəsindən düşürülüblər. Qəzanın başvermə səbəbi araşdırılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












