Bakıda sərnişin avtobusu qəzaya uğradı - VİDEO - YENİLƏNİB

Paytaxtın Həsən bəy Zərdabi küçəsində 29 nömrəli marşrut avtobusunun işıq dirəyinə çırpılması nəticəsində iki nəqliyyat vasitəsi zərər görüb.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib.
"Hadisə yanvarın 8-i saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində baş verib. 77-JK-251 dövlət nömrə nişanlı 29 nömrəli marşrut avtobusu idarəetməni itirərək işıq dirəyinə çırpılıb. Nəticədə işıq dirəyi aşıb və iki nəqliyyat vasitəsi zərər görüb", - deyə məlumatda qeyd olunub.
***
11:00
Paytaxtın Həsən bəy Zərdabi küçəsində, metronun "20 yanvar" stansiyası yaxınlığında 29 nömrəli marşrut avtobusu işıq dirəyinə çırpılıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Qəza nəticəsində avtobusa və yol təsərrüfatına maddi ziyan dəyib. Xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.
Sözügedən görüntünü təqdim edirik:
(oxu.az)
Sükan arxasında halı pisləşdi, avtomobil mağazaya girdi - VİDEO
Yol səhvləri bağışlamır – Siyəzəndəki qəza ilə bağlı DYP-dən AÇIQLAMA - FOTO
Qardaşı ilə faciəli şəkildə həlak olan qız tələbə imiş - 20 yaşlı Səmanın FOTOsu
Zığ yolunda ağır qəza: Özünü itirən sürücü maşını iki dəfə dəmirlərə çırpdı - VİDEO
Ödənişli yolda ağır qəza - Ölənlər var
Areoport yolunda zolaq dəyişən sürücü ağır qəzaya səbəb oldu - ANBAAN VİDEO
Bakı-Quba yolunda AĞIR QƏZA - Bacı-qardaş ÖLDÜ - YENİLƏNİB
Tovuzda "Chevrolet" işıq dirəyinə çırpılıb, xəsarət alan var - FOTOLAR
Kürdəmirdə qadın sürücü "Prado"nu aşırdı, xəsarət alanlar var - FOTOLAR
Nərimanovda motosiklet maşına çırpıldı
Marneulidə toy karvanında qəza - 3 nəfər ÖLDÜ - FOTO











