Bakıda sərnişinlə dolu iki avtobus bir-birinə çırpıldı - VİDEO

Qəzalar 4 Oktyabr 2024 18:18 Oxunub 232
Bakıda sərnişinlə dolu  iki avtobus bir-birinə çırpıldı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, 62 saylı marşrut xətti üzrə hərəkət edən 90-VX-962 dövlət nömrə nişanlı və 70 saylı marşrut xətti üzrə hərəkət edən 90-MH-166 dövlət nömrə nişanlı “Isuzu” markalı sərnişin avtobusları toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb avtobusun əyləc sistemində yaranmış nazaslıq olub. Nəticədə idarəetməni itirən sürücü öndəki avtobusu vurub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh