Bakıda sərxoş sürücü zəncirvari yol qəzası törədib - FOTO
Qəzalar
2 İyun 2017 10:45

Qəzanı törədən şəxs hadisə yerindən qaçıb
Bakının Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə "Şamaxinka" adlanan ərazidə qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında dayanan taksi sürücüsü Səxavət İbrahimova məxsus “Azsamand” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “Azsamand” da qarşısında olan "Mercedes"ə dəyib. Hadisə şahidlərinin sözlərinə görə, qəza yerindən yayınan sürücü sərxoş vəziyyətdə olub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hazırda polis əməkdaşları qəzanı törədən sürücünü müəyyənləşdirir. Faktla əlaqədar araşdırmalara başlanılıb.
Oxunub : 1589
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
13 Oktyabr 2026 10:00
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
13 Oktyabr 2026 09:53
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
13 Oktyabr 2026 08:46
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
12 Oktyabr 2026 17:50
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
12 Oktyabr 2026 17:00
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
12 Oktyabr 2026 13:26
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
12 Oktyabr 2026 10:00
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
12 Oktyabr 2026 09:53
İki qadını maşın vurub ÖLDÜRDÜ
12 Oktyabr 2026 08:33
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
ŞƏRH YAZ

















