Banner

Bakıda sürət yarışı keçirən sürücülər 7 avtomobilin qəzasına səbəb oldu - VİDEO

Qəzalar 5 Noyabr 2021 09:55 Oxunub 4268
Bakıda sürət yarışı keçirən sürücülər 7 avtomobilin qəzasına səbəb oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Nəsimi rayonunda ağır yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Hüseynbala Əliyev küçəsində baş verib.

Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü “Toyota” markalı maşınla sürət yarışı təşkil edərək eyni istiqamətdə hərəkət ediblər. Bu zaman əks yolda olan “Hyundai”  əvvəlcə “Renault” və “Mercedes” markalı maşınlara çırpılıb.

Yarışın iştirakçısı olan “Toyota”nın sürücüsü avtomaşını yol kənarında dayanan “Toyota Prado”, “Hyundai” və “KİA” markalı nəqliyyat vasitələrinə çırpıb. Qəza nəticəsində ümulikdə 7 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. 

Qəza nəticəsində “Renault”da olan sərnişin xəsarət alıb.

Qəzanın baş verdiyi əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh