Bakıda sürücü iki işıq dirəyini aşırdı

Havanın yağmurlu olmasını nəzərə almayan sürücü paytaxt Bakıda qəzaya səbəb olub. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Mətbuat prospektində qeydə alınıb. Prospektlə Mikayıl Müşfiq küçəsinə doğru hərəkət edən “Mercedes” maraklı avtomobil azca meyillilyi olan döngədə sürücünün idarəetməsindən çıxıb.
Nəticədə avtomaşın iki işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən dirəklər əks yola aşıb. Hadisə vaxtı xəsarət alan olmayıb. Amma nəqliyyat vasitəsinə və yol təsərrüfatına xeyli miqdarda maddi ziyan dəyib.
Yol patrul xidməti əməkdaşlarının ilkin qənaitnə görə, qəzaya hava şəraiti ilə yanaşı sürücünün sürət həddini aşması səbəb olub. “Mercedes”in sürücüsü 27 yaşlı Şahin Nəsibov isə, qəzanın avtomobilin təkərinin partlaması səbəbindən baş verdiyini deyir.
Qəzanın səbəbləri və yol təsərrüfatına dəyən maddi ziyanının miqdarı isə aparılan araşdırmalardan sonra müəyyən ediləcək.
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO












