Bakıda avtobus 19 maşını ƏZDİ - ANBAAN VİDEO

Qəzalar 5 Avqust 2024 09:52 Oxunub 662
Bakıda avtobus 19 maşını ƏZDİ - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yasamalda 165 nömrəli avtobusun sürücüsü nəqliyyat vasitəsini əl əyləci nasaz olmasına baxmayaraq yol kənarında park etməyə cəhd edib.

Avtosfer.az xəbər verir ki, Əsəd Əhmədov küçəsində  qeydə alınmış görüntülərdə avtobusun minik maşınları ilə toqquşduğu görünür. Şahidlərin bildirdiyinə görə təxminən 22 avtomobilə zərər dəyib. Hadisə zamanı yüngül xəsarət alanların olduğu deyilir.

Ərazidə yaranmış xaotik vəziyyət polis əməkdaşları tərəfindən nizamlanıb və yolda hərəkət bərpa edilib. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh