Bakıda taksi qəza törətdi: yaralananlar var - FOTO

Bakının Nəsimi rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a xəbər verir ki, qəza Bakıxanov prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Təhməzov Əlövsət Ələkbər oğlu idarə etdiyi "Daewoo" markalı avtomobillə işıqforun qırmızı işığında yüksək sürətlə hərəkət edib. Nəticədə o, S.Vurğun küçəsi ilə işıqforun yaşıl işığından keçərək hərəkətdə olan 1977-ci il təvəllüdlü Rzayev Rafiq Sarif oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobilə çırpılıb. Toqquşmanın təsirindən "Hyundai" yolayrıcı beton plitəyə çırpılıb və deformasiyaya uğrayıb. Qəza nəticəsində "Daewoo" markalı avtomobildə biri qadın olmaqla iki sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qeyd edək ki, T.Əlövsət idarə etdiyi "Daewoo" markalı avtomobillə taksi xidməti göstərir.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ




















