Banner

Taksi sürücüləri qəza törədib, xəsarət alanlar var  - VİDEO - FOTO

Qəzalar 21 Oktyabr 2022 10:29 Oxunub 1116
Taksi sürücüləri qəza törədib, xəsarət alanlar var   - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

Apa xəbər verir ki, qəza İzzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində baş verib. Mübariz Nəbiyev idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Həsənoğlu küçəsində düz istiqamətdə hərəkətdə olub. Bu zaman Təbriz küçəsi ilə hərəkətdə olan Rüfət Babayev idarə etdiyi “Toyota Prius”la yüksək sürətlə kəsişmədə M.Nəbiyevin nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində M.Nəbiyev ağır, R.Babayev isə nisbətən yüngül bədən xəsarətləri alıb. Yaralıları xəstəxanaya aparılması üçün əraziyə təcili tibbi yardım avtomobili gəlib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları nəqliyyatın hərəkətində çətinlik yaranmaması üçün tənzimləmə işləri aparıb.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

 

Bakıda taksi sürücüləri qəza törədib, xəsarət alanlar var  - FOTO  - VİDEO Bakıda taksi sürücüləri qəza törədib, xəsarət alanlar var  - FOTO  - VİDEO Bakıda taksi sürücüləri qəza törədib, xəsarət alanlar var  - FOTO  - VİDEO Bakıda taksi sürücüləri qəza törədib, xəsarət alanlar var  - FOTO  - VİDEO Bakıda taksi sürücüləri qəza törədib, xəsarət alanlar var  - FOTO  - VİDEO

ŞƏRH YAZ
Ad

E-mail

Şərh