Bakıda tələbə qızı avtomobil vurdu – Sürücü qaçıb

Bakıda kollec tələbəsini avtomobil vurub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsi 6-cı Mədən ərazisində baş verib. Azərbaycan Dövlət Pedaqoji Kollecinin 2-ci kurs tələbəsi, 1997-ci il təvəllüdlü Qululu Aytac Taryel qızı dərsdən evə qayıdan zaman naməlum avtomobil onu vurub. Tələbəni vuran sürücü hadisə yerindən qaçıb.
Qəsəbə sakinləri tələbə qızı yaralı vəziyyətdə 6-cı Mədən ərazisindəki 11 nömrəli evin qarşısında görüblər. O, dərhal təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hadisə nəticəsində A.Qululu kəllə-beyin travması alıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
İlkin ehtimala görə, naməlum avtomobilin sürücüsü A.Qululunu vurandan sonra onu yaralı vəziyyətdə evin qarşısına qoyub hadisə yerindən uzaqlaşıb. Çünki 11 nömrəli evin sahibinin hadisədən xəbərsiz olduğu ortaya çıxıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












