Banner

Bakıda tələsən piyada ilə moped sürücüsü toqquşdu, hər ikisi... - VİDEO

Qəzalar 30 İyul 2021 11:11 Oxunub 2054
Bakıda tələsən piyada ilə moped sürücüsü toqquşdu, hər ikisi...  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

 

Yolu keçmək üçün tələsən piyada və sifarişi çatdırmağa çalışan moped sürücüsünün toqquşması nəticəsində onların hər ikisi yola yıxılıb. Avtosfer.az bildirir ki, paytaxtın 28 may küçəsi ile Zorge küçəsinin kəsişməsində piyada zolağında yaşanan hadisənin günahkarı olan moped sürücüsü piyadaya yol vermək üçün dayanan avtomobillərə əhəmiyyət verməyərək yolu keçməyə çalışarkən xanımı vurub. Qəza iştirakçıları yüngül xəsarətlər alıb.

Bununla yanaşı onu da qeyd edək ki, dəfələrlə yol polisi tərəfindən piyadalara bildirilib ki, yolu keçərkən tələsməsinlər. Çünki bu hadisədə olduğu kimi diqqətsiz bir sürücünün qurbanı ola bilərlər. Piyadalar yolun təhlükəsizliyinə əmin olduqdan sonra piyada zolağına daxil olmalıdır.  

 

Aysel

ŞƏRH YAZ
Ad

E-mail

Şərh